Jurnal haqqında

Azərbaycan Texnologiya Universitetinin dövri nəşr olunan “Elmi xəbərlər” məcmuəsi  Azərbaycan Respublikası Təhsil Nazirinin 1096 saylı 30.11.2000 – ci il tarixli əmrilə təsdiq edilmiş və ilk sayı 2004 – cü ildə nəşr olunmuşdur. Lakin məcmuənin nəşr olunmasında müəyyən çətinliklər yaranmış və fəaliyyəti qismən dayanmışdır. “Elmi xəbərlər” məcmuəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əmri ilə 4012 qeydiyyatdan keçmişdir.

Məcmuənin təsis edilməsində əsas məqsəd nailiyyətlərimizi daha da genişləndirmək, ölkənin sosial – iqtisadi inkişafında elmi – tədqiqat işlərinin artan rolunu və əldə edilmiş nəticələri ölkə və beynəlxalq elmi ictimayyətin diqqətinə çatdırmaqdan ibarətdir. Məcmuə 2018 – ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin qərarı ilə  “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”nın texnika, biologiya və aqrar elmlər bölməsinə  daxil edilmişdir.

Azərbaycan Texnologiya Universitetinin təsis etdiyi “Elmi xəbərlər" məcmuəsi bir çox beynəlxalq indekslərdə yerləşdirilmişdir. Bu jurnalın beynəlxalq aləmdə statusu və tanınması, jurnalda çap olunan tədqiqat işlərinin daha geniş kütləyə çatdırılmasına imkan yaradır. Bazanın qiymətləndirilməsi tədqiqatın effektivliyi, nəşrin və tədqiqatçının fəallığının müəyyənləşdirilməsi ilə həyata keçirilir. Jurnalın beynəlxalq aləmdə tanınması yolunda ciddi addımlar atılmış və jurnalın 7 beynəlxalq indeksdə (International Scientific Indexing (ISI), International Institute of Organized Research (I2OR), Journal factor, Cite factor, Cosmos Foundation (Cosmos Impact factor), JIFactor, Academic resource Index – ResearchBib)  yerləşdirilməsinə nail olunmuşdur. 

Məcmuə xüsusi olaraq Azərbaycan alimlərinin tədqiqatlarını dünya elmi ictimayyətinə çatdırmaq üçün 1,8 milyon istifadəçisi olan Rusiya E-Library.ru elektron kitabxanasının və Beynəlxalq informasiya sistemi AQRİS üzvüdür.

“Elmi xəbərlər” məcmuəsi  Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər qarşısında qoyulan tələblərə cavab verir.