Diş gigiyenası vasitələrinin bazar marketinqi və onlardan əhali tərəfindən istifadə vəziyyəti
DOI
https://doi.org/10.30546/JIECM.2025.1.0117Açar sözlər
istehlakçı seçimləri, marketinq təhlili, diş macunu, stomatoloji sağlamlıq, ağız boşluğu, risk faktoru, gigiyenaXülasə
Məqalədə əsasən stomatoloji sağlamlığın (SS) saxlanması təkcə ağız boşluğunun normal fəaliyyəti və diş sıralarının uzun müddət saxlanması üçün deyil, ümumilikdə orqanizmin sağlamlığının qorunması üçün də vacib olduğu və satış təhlili verilib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, insan xəstəliklərinin səbəbləri arasında 20%-i irsi faktorlar, 25%-i ətraf mühit şəraiti, 55%-i isə həyat tərzi ilə bağlı hallardır. Azərbaycan bazarında diş macunu satışının təhlili aparılıb, onun nəticələri göstərir ki, yerli bazarda satış liderləri Lacalut, Colgate, Paradontax, Blend-a-med, Sensodyne, Aquafreshdir. Əhali arasında aparılan sorğu həm diş pastası seqmenti
səviyyəsində gigienik vasitələr bazarının böyüməsi üçün imkanların, həm də buna maneələrin olduğunu göstərdi. Tədqiqat iki mərhələdə aparılıb. Birinci mərhələdə diş məcunlarının tərkibi, aşındırıcı növü və pH göstəricisinə görə qiymətləndirilməsi aparılıb. İkinci mərhələdə, müvafiq beynəlxalq sorğu toplusundan istifadə olunmuşdur, 8 marketlərdə, onlardan 4 supermaketlərə 500
anket vərəqələri paylanmışdır .
Referanslar