Ərzaq təminatı və ərzaq təhlükəsizliyinin təminində aqrar sahənin innovasiyalı inkişafının rolu
DOI
https://doi.org/10.30546/JIECM.2025.1.0112Açar sözlər
aqrar sahə, ərzaq təhlükəsizliyi, ərzaq təminatıXülasə
Tədqiqatda ərzaq təminatı və ərzaq təhlükəsizliyinin təmin edilməsində aqrar sahənin inkişaf səviyyəsinin rolu əsaslandırılır. Ərzaq təminatı və ərzaq təhlükəsizliyinin mahiyyəti açıqlanır və qeyd edilir ki, bu təminatın yaradılmasında aqrar sahənin innovasiyalı inkişafı mühüm şərtlərdən biridir. Aqrar sahənin innovasiyalı inkişafına nail olmaq üçün innovativ düşüncəli kadr hazırlığı, bioloji və texnoloji innovasiyaların yaradılmasının və tətbiqinin əhəmiyyəti əsaslandırılır. Ölkəmizdə aqrar sahədə innovasiyalı inkişaf səviyyəsinin aşağı olması qeyd edilir və bu istiqamətdə fəaliyyətin təşviqi ilə yanaşı, texnologiyaların alınması və xarici təcrübənin tətbiqinin məqsədəuyğunluğu diqqətə çatdırılır. Aqrar-ərzaq məhsulların istehsalının artırılması məqsədilə kiber-fiziki istehsal sistemlərinin,
tullantısız texnologiyalarının tətbiqinin vacibliyi əsaslandırılır. Eyni zamanda bildirilir ki, aqrar sahənin innovasiyalı inkişafının təmini üçün dövlət dəstəyi tədbirləri gücləndirilməlidir.
Referanslar