Toxuculuq və yüngül sənayenin uzun müddətli inkişafının tənzimlənməsi məsələləri

Müəlliflər

  • Xədicə Məmmədova Müəllif

Açar sözlər

məhsuldarlıq, pambıqçılıq, iqtisadiyyat, tikiş, toxuculuq

Xülasə

Toxuculuq sənayesi Azərbaycan Respubkilasında ən qədim səhələrdən biri olub əsasən qadın əməyindən istifadə edilərək əhalinin sıx yaşadığı yerlərdə tikilir. Toxuculuq məhsulları pambıq, yun, ipək, kətan və eləcə də toxunmayan polotnolar kimi məşhurdur. Keçmiş SSRİ məkanında ən iri toxuculuq və yüngül sənaye müəssisələri məhz Azərbaycanda tikilmiş, uzun müddət fəaliyyət göstərmişdir. Toxuculuq və yüngül sənaye müəssisələrinin Azərbaycanda tikilməsi bir neçə amillər ilə bağlı olmuşdur. Əvvəla, əkin sahələrinin şəhər və rayon yerlərinə yaxın olması, Republika rayonlarının iqtisadi-coğrafi mövqeyi və respublikada ruslaşdırma siyasətinin aparılması və s. 

Referanslar

Yayımlanıb

2026-04-07