Azərbaycanda daxili turizmin əsas inkişaf istiqamətləri

Müəlliflər

  • Turay Abbasov Müəllif

Açar sözlər

sağlamlıq, ekoturizm, Zəngəzur, Qarabağ, Şimal-Şərq, inkişaf, Turizm

Xülasə

Azərbaycan zəngin təbii sərvətləri, çoxşaxəli mədəni irsi və iqtisadi-sosial inkişaf strategiyaları ilə daxili turizmin genişləndirilməsi üçün əlverişli potensiala malikdir. Son illərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, nəqliyyat-logistika infrastrukturunun modernləşdirilməsi, ―Şimal–Qərb‖ və ―Şimal–Şərq‖ turizm dəhlizləri, eləcə də regional turizm klasterlərinin formalaşması daxili turizm bazarının əhatə dairəsini genişləndirən əsas istiqamətlərdəndir. Daxili turizm xüsusilə pandemiya sonrası dövrdə əhalinin səyahət davranışlarının dəyişməsi fonunda daha dinamik inkişaf etməyə başlamışdır.İstiqamətlər üzrə aparılan təhlil göstərir ki, daxili turizmin əsas növləri aşağıdakılardır: istirahət və sağlamlıq turizmi (Naftalan, Qalaaltı, Lənkəran), ekoturizm və dağ turizmi (Qəbələ, Quba, Şamaxı), mədəni–tarixi turizm (Şuşa, Şəki, Gəncə), kənd və aqroturizm (Zaqatala, Qax, İsmayıllı), dini-mənəvi turizm (Naxçıvan, Bibiheybət, Pirsaatchay). Qarabağın azad olunması ilə Şuşa, Hadrut, Füzuli və Ağdam kimi yeni istiqamətlər daxili turistlər üçün mühüm cazibə mərkəzlərinə çevrilməkdədir

Referanslar

Yayımlanıb

2026-04-07