Şərqi Asiya ölkələrinin texnopolis təcrübəsi və Azərbaycanın qeyri-neft sektoruna transfer potensialı

Müəlliflər

  • Günay Həşimova Müəllif

Açar sözlər

Azərbaycan, Şərqi Asiya, texnoloji transfer, qeyri-neft sektoru, innovasiya, texnopolis

Xülasə

Məqalədə Şərqi Asiya ölkələrinin (Yaponiya, Cənubi Koreya, Çin və Tayvan) texnopolis təcrübəsi hərtərəfli təhlil olunmuş və bu modelin Azərbaycanın qeyri-neft sektoruna tətbiq imkanları araşdırılmışdır. Təhlil göstərir ki, texnopolislər universitetlər, tədqiqat institutları və sənaye müəssisələri arasında qarşılıqlı inteqrasiya əsasında fəaliyyət göstərərək innovasiya ekosisteminin 
formalaşmasına mühüm töhfə verir. Şərqi Asiya ölkələrinin uğur nümunələri sübut edir ki, dövlət dəstəyi, elmi potensialın səfərbər olunması, startapların inkişafı və xarici investisiyaların cəlb edilməsi texnopolis modelinin davamlılığını təmin edən əsas amillərdir.
Azərbaycanın iqtisadi inkişaf prioritetləri nəzərə alınaraq müəyyən olunmuşdur ki, texnopolis yanaşmasının ölkənin qeyri-neft sektorunda tətbiqi innovasiya yönümlü istehsalın genişlənməsinə, yüksək texnologiyalı məhsulların ixrac potensialının artırılmasına və insan kapitalının daha səmərəli istifadəsinə imkan yaradacaqdır. Məqalənin əsas elmi yeniliyi ondan ibarətdir ki, Şərqi Asiya 
ölkələrinin texnopolis təcrübəsi Azərbaycan reallıqlarına uyğun olaraq adaptasiya imkanları baxımından sistemli şəkildə təhlil edilmişdir. Aparılan araşdırmalar nəticəsində belə qənaətə gəlinir ki, texnopolislərin Azərbaycanda tətbiqi iqtisadiyyatın şaxələndirilməsi prosesini sürətləndirəcək, rəqabətqabiliyyətliliyi artıracaq və regional inkişafın yeni mərhələsini təmin edəcəkdir

Referanslar

Yayımlanıb

2026-04-07