Xarici dillərin tədrisində innovativ yanaşmalar və turizm sektoru ilə inteqrasiya problemləri
Açar sözlər
təhsil innovasiyası, inteqrasiya, turizm sektoru, ESP, CLIL, innovativ metodlar, xarici dil tədrisiXülasə
Məqalədə xarici dillərin, xüsusilə ingilis dilinin tədrisində innovativ yanaşmaların və bu prosesin turizm sektoru ilə inteqrasiyasının rolu və əhəmiyyəti araşdırılmışdır. Tədqiqat göstərir ki, ənənəvi, qrammatika və tərcümə yönümlü tədris üsulları tələbələrdə praktik ünsiyyət və peşəkar bacarıqların formalaşması üçün kifayət qədər səmərəli deyil. Müəllif qeyd edir ki, CLIL (Content and
Language Integrated Learning) və ESP (English for Specific Purposes) kimi müasir pedaqoji metodologiyaların tətbiqi dil öyrənməni sahəyəxas məzmunla birləşdirməklə tədrisin keyfiyyətini artırır və tələbələrin peşəkar hazırlığını gücləndirir.Məqalədə həmçinin müəllimlərin innovativ metodlara hazırlığı, texnoloji infrastrukturun təkmilləşdirilməsi və praktiki yönümlü təlim mühitlərinin yaradılmasının vacibliyi vurğulanır. Nəticə olaraq, xarici dil tədrisinin turizm sektoru ilə inteqrasiyası Azərbaycan təhsil sisteminin
modernləşməsinə, tələbələrin beynəlxalq əmək bazarına daha yaxşı adaptasiyasına və rəqabətqabiliyyətli kadrların hazırlanmasına mühüm töhfə verir
Referanslar