Post-münaqişə regionlarında investisiya mühitinin formalaşmasında dövlət-özəl tərəfdaşlığının rolu
Açar sözlər
texniki biliklər, xarici və yerli özəl investisiyalar, Dövlət-özəl tərəfdaşlığıXülasə
Tədqiqatın məqsədi post-münaqişə regionlarında investisiya mühitinin formalaşmasında dövlət-özəl tərəfdaşlığının rolunu nəzəri və praktiki kontekstdə qiymətləndirməkdir.İşin metodologiyası. Araşdırmada qlobal təcrübənin müqayisəli təhlili, rəsmi dövlət sənədlərinin kontent analizi və post-münaqişə iqtisadiyyatına dair empirik məlumatların sistemləşdirilməsi metodlarından istifadə olunmuşdur. Tədqiqatın tətbiqi əhəmiyyəti. Qarabağ və Şərqi Zəngəzurda dövlət-özəl tərəfdaşlığı mexanizmlərinin optimallaşdırılması və investisiya siyasətinin təkmilləşdirilməsi üçün praktiki tövsiyələr təqdim edir.Tədqiqatın nəticələri. Aparılan təhlillər göstərir ki, DÖT modeli post-münaqişə ərazilərdə infrastrukturun bərpasını sürətləndirir, özəl kapitalın cəlb olunmasını artırır və dayanıqlı iqtisadi inkişaf üçün institusional baza yaradır.Tədqiqatın orijinallığı və elmi yeniliyi. İşin elmi yeniliyi ondan ibarətdir ki, postmünaqişə şəraitində dövlət-özəl tərəfdaşlığının tətbiqinə dair regional spesifiklik əsaslandırılır və Azərbaycan nümunəsi əsasında yeni konseptual çərçivə təklif olunur.
Referanslar