Korporativ biznesdə risklərin idarə edilməsi metodologiyasının tətbiqi

Müəlliflər

  • Maharram HUSEYNOV Müəllif
  • Asim İSGENDERLİ Müəllif
  • Imamverdi HUSEYNZADE Müəllif

Açar sözlər

kredit, bank, idarəetmə, motivasiya, korporativ biznes, strategiya, müəssisə, risk

Xülasə

Korporativ biznesdə risklərin idarə olunması haqqında biliklərin əldə olunması nəticəsində bir sıra korporativ biznes problemlərini həll etmək mümkündür. Tədqiqat əsasında risklərin idarə olunması və qiymətləndirilməsi sahəsində mövcud olan proseslərlə tanışlıqdan sonra korporativ biznes sahəsində risklərin idarə edilməsinin, həmçinin onlara nəzarət edilməsinin vacib məsələ olduğu bir daha sübut olunur. Belə ki, korporativ biznes sahəsində riskləri tamamilə dəf etmək mümkün deyil. Lakin onlara nəzarət edərək azaltmaq mümkündür. Belə ki, bu da korporativ idarəetmə sahəsində səmərəliliyin təmin edilməsi deməkdir. Ümumiyyətlə, bu tədqiqatın məqsədinə risklərin müəyyən edilməsi, mövcud riskləri təhlil edərək onların azaldılması yollarının tapılması, o cümlədən korporativ biznes fəaliyyətindən risklərə nəzarət əsasında maksimum mənfəətin əldə edilməsi aiddir

Referanslar

Yayımlanıb

2026-04-13