Ali təhsil müəssisələrində çalışan akademik və inzibati heyətin əmək bazarının tələblərinə uyğun kadr hazırlığının keyfiyyət meyarlarına dair persepsiyasının akkreditasiya meyarlarında əks olunması vəziyyəti

Müəlliflər

  • Asiman İLYASOV Müəllif

Açar sözlər

keyfiyyət təminatı, ali təhsil müəssisəsi, əmək bazarı

Xülasə

Ali təhsil müəssisələrində çalışan akademik və inzibati heyətin ali təhsil müəssisəsinin əmək bazarının tələblərinə uyğun kadr hazırlığının keyfiyyət meyarlarına dair fikirləri mövcuddur və bu fikirlər keçirilmiş sorğu vasitəsi ilə fərqli kateqoriyalar üzrə müəyyən edilmiş və persepsiya analizi aparılmışdır. Lakin, beynəlxalq təcrübədə olduğu kimi Azərbaycan Respublikasında da fəaliyyət göstərən tabeliyindən, mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmadan bütün ali təhsil müəssisələrinin xarici keyfiyyət təminatından məsul dövlət orqanı mövcuddur və bu orqanın qiymətləndirmə ölçüləri müvafiq qaydada təsdiq olunmuş müxtəlif istiqamətləri əhatə edən meyarlardır. Ali təhsil müəssisələrində çalışan akademik və inzibati heyət arasında keçirilmiş sorğulardan əldə olunmuş nəticələr əsasında aparılmış perspepsiya təhlili göstərir ki, ali təhsil müəssisəsinin keyfiyyət meyarlarına dair bildirilən fikirlər ilə ölkə üzrə müəyyən olunmuş institusional akkreditasiya üzrə qiymətləndirmə meyarları əksəriyyət etibarı ilə oxşardır. 

Referanslar

Yayımlanıb

2026-04-13