Kommersiya müəssisələrində insan resurslarının idarə olunmasının təkmilləşdirilməsi
Açar sözlər
innovasiya, işəgötürən, kadr potensialı, insan resursları, kommersiyaXülasə
Müasir dövrdə insan resursları müəssisənin ən vacib ehtiyatı hesab olunur. Yüksək texnologiyalar əsrində cəmiyyətdə sürətli dəyişiklik informasiyaların rolunun yüksəlməsini yaradır. Kommersiya müəssisəsində heyətin idarə olunması bacarığını vacib edir. Bundan kommersiya müəssisəsinin mövcudluğu, eləcə də, bütövlükdə cəmiyyətin müxtəlif xarakteristikası asılıdır. Bütün bunlar seçilmiş
mövzunun aktuallığını şərtləndirir. Hər bir müəssisədə oldugu kimi kommersiya müəssisəsinin dəidarə edilməsində həlli zəruri olan məsələlər var. Bunlardan biri də müəssisənin heyətinin formalaşdırılması, heyətin idarə olunmasıdır. Kommersiya müəssisəsində kadrların hazırlanması, onların düzgün yerləşdirilməsi, eləcə də idarə olunması əsas məna daşıyır. Bu səbəbdən dəmüvəffəqiyyətli iş görən firmalar kadr işini uğurlu həyata keçirmiş olan firmadır. Tədqiqatımızın idarəetməsində əsas iş heyətin hazırlığıdır. Heyətin düzgün bölüşdürülməsi müasir idarəetmənin, həm də kadr siyasətinin əsas tərkib hissəsidir. Tədqiqatın həyata keçirilməsində təhlil, sistemli yanaşma metodlarına əsaslanmaq məqsədəuyğundur
Referanslar