İşğaldan azad olunmuş ərazilərdə aqrar sahənin mövcud vəziyyəti və inkişaf etdirilməsi problemləri
Açar sözlər
aqrar sahənin inkişaf istiqamətləri, aqrar sahənin inkişaf problemləri, aqrar sahənin mövcud vəziyyəti, aqrar sahənin potensialı, aqrar sahə, işğaldan azad olunmuş ərazilərXülasə
Tədqiqatın məqsədi – işğaldan azad olunmuş ərazilərdə aqrar sahənin mövcud vəziyyəti və inkişaf etdirilməsi problemlərinin tədqiqindən ibarətdir. Bu məqsədlə işğaldan azad olunmuş ərazilərdə aqrar sahənin inkişaf potensialı araşdırılmış və təhlil edilmişdir. Aqrar sahənin müxtəlif istiqamətləri üzrəreal vəziyyətdən yanaşmaqla, bu sahədəki problemlər ümumiləşdirilmişdir. Ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında yaranmış yeni imkanlar baxılmış və dəyərləndirilmişdir. Xüsusilə, bir sıra mühüm aqrar məhsulların xammallarının yetişdirilməsi və emal şəbəkəsinin yaradılması perspektivlərinə toxunulmuşdur. Yaxın dövrdə işğaldan azad olunmuş ərazilərdə aqrar sahənin inkişaf etdirilməsi üzrə tövsiyələr hazırlanmış və təkliflər verilmişdir.Tədqiqatın metodu – ilk növbədə təhlil, sintez, müqayisə və ümumiləşdirmə kimi elmi metodlardan istifadə edilmişdir. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə aqrar sahənin inkişaf etdirilməsinə dair araşdırmalarda əks olunmuş fikirlər də diqqət mərkəzində saxlanılmışdır. Tədqiqatın nəticələri – hazırkı dövrdə məqalədə əldə olunmuş elmi-praktiki nəticələrdən işğaldan azad olunmuş ərazilərdə tədbirlər kompleksinin həyata keçirilməsində və fəaliyyət strategiyalarının işlənilməsində istifadə etmək olar
Referanslar