Subsidiyalaşmanın kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında rolu
Açar sözlər
amortizasiya, güzəştli şərtlər, istehsal xərci, istehsal, mənfəət, dövlət dəstəyi, səmərəlilik, subsidiyaXülasə
Məqalədə subsidiyanın aqrar sahədə əhəmiyyəti, məhsul istehsalının artırılmasında rolu məsələləri aydınlaşdırılmış, aqrar sahəyə ayrılan subsidiyanın məbləği, həmçinin kənd təsərrüfatında müxtəlif istiqamətlər üzrə subsidiya ödənişləri təhlil edilmişdir. Dövlət tərəfindən gözəştli şərtlərlə texnika vəavadanlıqların satışının həcmi təhlil olunmaqla subsidiyalaşma mexanizminin müxtəlif aspektləri araşdırılmış, bu prosesdə kənd təsərrüfatının xüsusiyyətlərinin nəzərə alınmasının vacibliyi vurğulanmışdır.Tədqiqatin məqsədi. Tədqiqatın məqsədi subsidiyalaşmanın kənd təsərrüfatı məhsulları istehsalının artırılmasındakı rolunu müəyyənləşdirməkdən ibarətdir.Tədqiqatin metodu. Tədqiqatın aparılmasında müqayisə, qruplaşdırma və təhlil üsullarından istifadə edilmişdir. Tədqiqatin nəticəsi. Subsidiya qoyuluşu kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasında xüsusi rola malikdir. Tədqiqatın nəticəsi göstərir ki, subsidiyalar istehsal xərclərini azaltmaqla məhsul istehsalının artırılmasına, eləcə də rəqabət qabiliyyətinin yüksəlməsinə ciddi təsir edir
Referanslar