Müasir dövrdə beynəlxalq maliyyə bazarlarının iqtisadi qloballaşmaya təsiri məsələləri

Müəlliflər

  • Turkan NABİYEVA Müəllif

Açar sözlər

beynəlxalq maliyyə bazarları iştirakçıları, beynəlxalq maliyyə bazarlarının iqtisadi qloballaşmaya təsiri, iqtisadi qloballaşma,, qlobal meyillər, qlobal təsirlər, beynəlxalq maliyyə bazarları

Xülasə

Tədqiqatın məqsədi – müasir dövrdə beynəlxalq maliyyə bazarlarının iqtisadi qloballaşmaya təsiri məsələlərinin araşdırılmasıdır. Bunun üçün qloballaşma tendensiyaları, təsir dairələri baxılmış və bu mühitdə beynəlxalq maliyyə bazarlarının inkişaf prosesləri problemləri açıqlanmış, təhlil olunmuşdur. Beynəlxalq maliyyə bazarlarının iştirakçılarının davranışlarına,bu bazarların əsasseqmentlərinə baxılmışdır. Beynəlxalq maliyyə bazarlarının ümumiləşdirilmiş strukturu verilmişdir. Qloballaşma proseslərinin beynəlxalq maliyyə bazarlarına təsirləri ümumiləşdirilmişdir. İqtisadiyyatın qloballaşdığı müasir mərhələdə beynəlxalq maliyyə bazarlarının inkişafında daha çox diqqət çəkən xarakterik meyillər müəyyənləşdirilmişdir. Məqalədə baxılan problemlər üzrə bir qrup tövsiyələr hazırlanmış və təkliflər irəli sürülmüşdür. Tədqiqatın metodu – əsasən təhlil, sintez və ümumiləşdirmə kimi iqtisadi metodlardan ibarətdir. Eyni zamanda, müasir dövrdə maliyyə bazarlarının iqtisadi qloballaşmaya təsiri məsələləri üzrə araşdırmalar aparan tədqiqatçıların elmi yanaşmalarına yer verilmişdir. Tədqiqatın nəticələri – hazırkı şəraitdə beynəlxalq maliyyə bazarlarının inkişafı və xarakterik 
cəhətləri kontekstində, iqtisadi qloballaşmaya təsirin müəyyənləşdirilməsi üzrə əsas fəaliyyət istiqamətlərinin və konseptual yanaşmaların ümumiləşdirilməsi ilə əlaqəlidir

Referanslar

Yayımlanıb

2026-04-14