Dayanıqlı bank sektorunun sosial-iqtisadi inkişafda əhəmiyyəti
Açar sözlər
bank, maliyyə sabitliyi, sosial-iqtisadi inkişaf, dayanıqlılıqXülasə
Tədqiqatın məqsədi - Bank sektorunun dayanıqlılığı uzunmüddətli perspektivdə dayanıqlı iqtisadi artımın təmin edilməsi üçün zəruri şərtdir. Tədqiqatın məqsədi sosial-iqtisadi inkişafa dair milli prioritetlərin həyata keçirilməsi çərçivəsində bank sektorunun dayanıqlılığının təmin olunması istiqamətlərini tədqiq etməkdir.Tədqiqatın metodologiyası - Məqalədə bank sektorunun daynıqlılığına təsir edən amillər və ölkəmizdə bank sektorunun vəziyyəti ilə bağlı araşdırmalar aparılaraq analiz, sintez, müqayisəli təhlil, induksiya və deduksiya metodlarından istifadə edilmişdir. Tədqiqatın nəticələri - Banklar bizim gündəlik həyatımıza və fəaliyyətlərimizə daxil olublar.
Maaşları götürmək, hesabları ödəmək və gələcəyimiz üçün qənaət etmək kimi bir çox məsələlər buna aiddir. Bank işinin qeyri-sabitliyi iqtisadiyyat üçün mənfi nəticələrə səbəb olan maliyyə böhranına səbəb ola bilər, ona görə də dayanıqlı, sabit və sağlam bank sektoruna sahib olmaq çox vacibdir
Referanslar