Dayanıqlı inkişaf kontekstində marketinq fəaliyyətinin əhəmiyyəti

Müəlliflər

  • Tükəzban QASIMLI Müəllif
  • Həcər VƏLİZADƏ Müəllif

Açar sözlər

proqnozlaşdırma, bazar, rəqabət, marketinq münasibətləri, iqtisadi sistem, dayanıqlı inkişaf

Xülasə

Tədqiqatın məqsədi – dayanıqlı inkişaf kontekstində iqtisadi proseslərin qanunauyğunluqlarının müəyyən edilməsi, marketinq münasibətlərinin formalaşması xüsusiyyətlərinin aşkarlanması və sistemləşdirilməsi, marketinq alət, üsul və vasitələrindən, onun inkişaf mexanizmlərinin zəruri komponentlərindən optimal şəkildə istifadə imkanlarının müəyyən edilməsi tədqiqatın məqsədini 
təşkil edir. Tədqiqatın metodu – tədqiqat zamanı qruplaşdırma və müqayisəli təhlil metodlarından istifadə olunmuşdur. Tədqiqatın nəticələri – bütövlükdə iqtisadi sistemin və onun ayrı-ayrı sahələrinin “tələbatın monitorinqi – istehsaldan öncəki planlaşdırma – istehsal – reallaşdırma” xətti əsasında fəaliyyəti ilə bağlı nəticələr əldə edilmiş, istehsalda dayanıqlılıq faktorlarının qiymətləndirilməsi üsulları müəyyənləşdirilmişdir.      

 

Referanslar

Yayımlanıb

2026-04-15