İnnovasiyalı sənaye istehsalının iqtisadi məqsədəuyğunluq aspektləri
Açar sözlər
modelləşdirmə, dayanıqlıq, yaşıl iqtisadiyyat, iqtisadi məqsədəuyğunluq, sənaye, innovasiyalı istehsalXülasə
Məqalədə innovasiyalı sənaye istehsalının iqtisadi səmərəliliyi və məqsədəuyğunluğu məsələləri nəzərdən keçirilmiş, iqtisadi məqsədəuyğunluq anlayışı dəqiqləşdirilmişdir. Emal sənayesindəinnovasiyalı istehsalın iqtisadi məqsədəuyğunluğunun əsas aspektləri tədqiq olunmuşdur. Tədqiqatın məqsədi emal sənayesi sahələrində innovasiyalı istehsalın iqtisadi məqsədəuyğunluq məsələlərinin
tədqiqi və onların həlli imkanlarını müəyyən etməkdir. Tədqiqat prosesində monoqrafik, müqayisəli təhlil, elmi abstraksiya, məntiqi ümumiləşdirmə və modelləşdirmə üsullarından istifadə edilmişdir. Tədqiqatın yekunu kimi əsaslandırılan müddəalar və əldə edilən nəticələr sənaye innovasiyalarının iqtisadi məqsədəuyğunluğunun təhlili və qiymətləndirilməsi təcrübəsində istifadə oluna bilər.
Tədqiqat nəticəsində innovasiyalı sənaye istehsalının əlverişli iqtisadi mühitini şərtləndirən amillər xarakterizə edilmişdir. Ölkənin emal sənayesində innovasiyalı istehsalın iqtisadi məqsədəuyğunluğunu təmin etmək üçün atılan addımlar qiymətləndirilmiş, sahənin innovasiyalı inkişaf imkanlarına yaşıl iqtisadiyyatın tələbləri baxımından münasibət bildirilmişdir
Referanslar