Aqrar sahənin modern inkişafında beynəlxalq əməkdaşlığın rolu

Müəlliflər

  • Elay ZEYNALLI Müəllif
  • Farid Zeynalov Müəllif

Açar sözlər

kənd təsərrüfatında rəqəmsallaşma, ixrac məhsulları, beynəlxalq əməkdaşlıq, aqrar sahə

Xülasə

Milli iqtisadiyyatın mühüm tərkib hissələrindən biri olan aqrar sektor həm ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində, həm də regionların sosial-iqtisadi inkişafında mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan aqrar sahədə mövcud potensial imkanlardan səmərəli istifadə edilməsi, kənd təsərrüfatının təbii və iqtisadi ehtiyatlarının iqtisadi dövriyyəyə tam və səmərəli cəlb edilməsi xüsusi əhəmiyyət kəsb edir.Azərbaycanın kənd təsərrüfatı məhsulları geniş ixrac potensialına malikdir, hazırda aqrar sahənin inkişaf strategiyasının əsas prioritetlərindən biri emal sənayesinin müasirləşdirilməsi və yeni emal müəssisələrinin tikintisidir.Kənd təsərrüfatı sahəsində beynəlxalq əməkdaşlığın formalaşması və inkişafı nəticəsində bu sahədə rəqəmsallaşma xüsusi inkişaf əldə edib. Müasir dövrdə iqtisadiyyatın digər sahələrində olduğu kimi, aqrar sektorun bütün seqmentlərində rəqəmsal həllərin tətbiqi səviyyəsi günü-gündən 
yüksəlməkdə davam edir. Aqrar-sənaye kompleksində səmərəli işə nail olmaq üçün zəruri amillərdən biri innovativ texnologiyalardan maksimum istifadə etməkdir. Yaxın gələcəkdə fəaliyyətlərini vahid rəqəmsal platformada qurmağı bacaran şirkətlər, şübhəsiz ki, sürətlə bazarda liderliyi ələ keçirəcəklər

Referanslar

Yayımlanıb

2026-04-15