Sənaye istehsalında vergilərin tənzimlənməsi prosesində risklərin ölçülməsi məsələləri

##plugins.themes.bootstrap3.article.main##

Samir ALESKEROV

Xülasə

Tədqiqatın məqsədi – sənaye istehsalında vergilərin tənzimlənməsi prosesində risklərin ölçülməsi məsələlərinin araşdırılmasından ibarətdir. Bu məqsədlə sənaye istehsalında vergilərin tənzimlənməsinin müasir problemləri açıqlanmış və onlarla bağlı adekvat tədbirlərin görülməsinin vacibliyi əsaslandırılmışdır. Sənaye istehsalında vergilərin mühüm rolundan yanaşmaqla, ortaya çıxa biləcək risklərin müəyyənləşdirilməsi, ölçülməsi və daha səmərəli idarə olunması problemləri baxılmışdır. Sənaye istehsalının səmərəliliyinin artırılması və xərclərin optimallaşdırılması baxımından, vergi yükünün adekvatlığının vacibliyinə diqqət yönəldilmişdir. Hazırki qlobal təhdidlərin artdığı bir şəraitdə sənaye istehsalında vergilərin rolunun tənzimlənməsi məsələlərində risklərin müəyyənləşdirilməsi və
zərərlərin minimuma endirilməsi üzrə tövsiyələr hazırlanmış və təkliflər verilmişdir. Tədqiqatın metodu – kimi dialektika, analiz, sintez, müqayisə və ümumiləşdirmə metodlardan istifadəyə üstünlük verilmişdir. Bundan əlavə, sənaye istehsalında vergilərin tənzimlənməsi prosesindərisklərin ölçülməsi məsələləri üzrə araşdırmalar aparan tədqiqatçıların fikirlərinə də diqqət yetirilmişdir.Tədqiqatın nəticələri – olaraq məqalədə əldə olunmuş elmi-praktiki fikirlərdən və yanaşmalardan sənaye istehsalında vergilərin tənzimlənməsi prosesində risklərin ölçülməsi məsələləri üzrə fəaliyyət strategiyasının hazırlanmasında və həyata keçirilməsində istifadə edilməsi ilə izah olunur

##plugins.themes.bootstrap3.article.details##

Bölmə

Məqalələr

Referanslar