Sənaye müəssisələrinin dayanıqlı inkişafının təmin edilməsi problemləri
Açar sözlər
sənaye müəssisələrinin inkişaf impulsları, sənaye müəssisələrinin dayanıqlılıq məsələləri, sənaye müəssisələrinin inkişaf perspektivləriXülasə
Tədqiqatın məqsədi sənaye müəssisələrinin dayanıqlı inkişafının təmin edilməsi problemlərinin həlli yollarının müəyyənləşdirilməsindən ibarətdir. Bunun üçün sənaye müəssisələrinin dayanıqlı inkişaf problemləri açıqlanmış və ümumiləşdirilmişdir. Sənaye müəssisələrinin dayanıqlı inkişafının gücləndirilməsindən ötrü daha təkmilləşdirilmiş mexanizmlərinin hazırlanmasının vacibliyi elmi arqumentlərlə verilmişdir. Müasir dövrdə sənaye müəssisələrinin rəqabətqabiliyyətlilik
problemlərinin və dayanıqlı inkişaf etməsi məsələlərinin kompleks şəkildə baxılmasının vacibliyi əsaslandırılmışdır. Yeni çağırışlar nəzərə alınmaqla, sənaye müəssisələrinin dayanıqlı inkişafının təşkili üzrə tövsiyələr hazırlanmış və təkliflər irəli sürülmüşdür.
Tədqiqatın metodu olaraq bir qrup elmi metodlardan, o cümlədən, analiz, sintez, müqayisə və ümumiləşdirmə metodlardan istifadə edilmişdir. Eyni zamanda, sənaye müəssisələrinin dayanıqlı inkişaf problemlərinə dair elmi əsərlərdə olan fikirlərə də yer verilmişdir.
Tədqiqatın nəticələri hazırkı şəraitdə sənaye müəssisələrinin dayanıqlı inkişafının intensivləşdirilməsi üçün məqsədli strategiyaların və proqramların hazırlanmasında əldə olunmuş nəticələrdən istifadənin mümkünlüyü ilə izah olunur.
Referanslar