Aqrar sahədə sahibkarlıq mühitinin formalaşdırılması..
Açar sözlər
sahibkarlığın təminatı, sahibkarlıq mühiti, innovasiya sahibkarlığı, sahibkarlıqXülasə
Aqrar sahibkarlıqda hüquqi tənzimlənmənin mövcud prinsip, metod və xüsusiyyətləri iqtisadi cəhətdən mübadilələr, hüquqi baxımdan müqavilələr zənciri olan bazar iqtisadiyyatında aqrar subyektlər arasındakı bu münasibətlərinin səmərəli şəkildə qurulmasının və stabilliyinin dövlət tərəfindən təminatına xidmət edir.Ölkəmizdə aqrar sahənin davamlı inkişafının idarə edilməsi və onun strateji məqamları araşdırılmalı, onun idarə edilməsinin elmi prinsipləri müəyyənləşdirilməlidir. Bu halda aqrar sahədə müxtəlif sahibkarlıq formalarının inkişafı istiqamətində uğurların əldə olunması, sabit iqtisadi artıma və sağlam rəqabət prinsiplərinin formalaşmasına şərait yaranmasına səbəb ola bilərSahibkarlığın inkişafına əlverişli şəraitin yaradılması məqsədilə Azərbaycan Respublikasının
Konstitusiyasında bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şəraitin yaradılması, sahibkarlığa təminat verilməsi, rəqabət mexanizminin formalaşması və inkişafı, həmçinin rəqabətin qorunması iləbağlı müddəalar öz əksini tapmışdır.
Referanslar