Şuşa şəhərinin formalaşması və inkişafının əsas xüsusiyyətləri (18-21-ci əsrlər)

Müəlliflər

  • Shafa ALIYEV Müəllif

Açar sözlər

Şuşanın iqtisadiyyat quruculuğunun prioritetləri, Şuşanın dirçəldilməsi, inkişaf xüsusiyyətləri, Şuşanın&nbsp

Xülasə

Tədqiqatın məqsədi – 18-21-ci əsrlərdə Şuşa şəhərinin formalaşması və inkişafının əsas xüsusiyyətlərinin araşdırılması və ümumiləşdirilməsidir. Bu məqsədlə Şuşa şəhərinin inkişaf prosesləri təhlil olunmuş və əsas məqamlar ümumiləşdirilmişdir. Şəhərin Qarabağın mərkəzi kimi formalaşmasının başlıca xüsusiyyətləri verilmişdir. 18-19-cı əsrlərdə Şuşa şəhərində sənətkarlıq sahələrinin, həmçinin toxuçuluq və bir çox xidmət sahələrinin inkişaf etməsinin başlıca amilləri baxılmış və sistemləşdirilmnişdir. 20-ci əsrdə Şuşa şəhərinin başına gələn fəlakətlər təhlil edilmiş, xüsusilə keşmir SSRİ dövründə şəhərin Qarabağın mərkəzi statusundan kənarlaşdırılması məsələlərinə toxunulmuşdur. Ümummilli Lider Heydər Əliyevin 1970-1985-ci illərdə Şuşa şəhərinin sosial-iqtisadi inkişafı ilə bağlı gördüyü işlər və tarixi xidmətləri verilmişdir. Böyük Qarabağ Zəfərindən sonra Şuşa şəhərinin strateji rolunun artması və regionun inkişafında aparıcı rol oynamasının başlıca xüsusiyyətləri ümumiləşdirilmiş və uzaq perspktivlər nəzərə alınmaqla, inkişaf prioritetləri müəyyənləşdirilmişdir. Tədqiqatın metodu kimi – əsas etibarilə bir sıra elmi metodlardan - analiz, sintez, müqayisə vəümumiləşdirmə metodları götürülmüşdür. Eyni zamanda, məqalədə baxılan problemlər üzrə elmi 
əsərləri olan tədqiqatçıların elmi müddəalarına da diqqət yönəldilmişdir.Tədqiqatın nəticələri – məqalədə alınan elmi nəticələrdən Şuşa şəhərinin iqtisadiyyat quruculuğunun modernləşdirilməsi və inkişaf etdirilməsi tədbirlərində istifadə oluna bilər. 

Referanslar

Yayımlanıb

2026-04-17