Menecment sistemində tətbiq olunan yeni texnologiyaların müəssisəyə faydasının əsaslandırılması

Müəlliflər

  • Brilyant ABBASOVA Müəllif
  • Parvin DARYAGIR Müəllif

Açar sözlər

faydalılıq, müəssisə resurslarının planlaşdırılması, Biznes effektivliyi

Xülasə

Menecment sistemində olan yeni texnologiyalar və kommunikasiyada olan inkişafa paralel olaraq müəssisələrdə olan yeni idarəetmə yanaşmalarında kompüter texnologiyalarından istifadənin artması, Müəssisə Resurslarının Planlaşdırılması proqram təminatlarının inkişaf etdirilməsi ilə nəticələnmişdir. Müəssisə Resurslarının Planlaşdırılması, şirkətlərin istehsaldan çatdırılmaya qədər bütün funksiyalarını bir sistemin dəstəyi ilə idarə edə bilməsini təmin edən geniş proqram təminatıdır. Müəssisələr sahib olduqları resursları effektiv şəkildə istifadə edə bilmək üçün son 40 ildir böyük ölçüdə səy göstərməkdədirlər. Bu proqram təminatı vasitəsilə toplam verimlilik faktoriyasının artdığı təyin edilmişdir. Müəssisənin sahib olduğu bir çox resurs faydalılığa təsir edən komponentlərdən biri olaraq çıxış edir. Anbar idarəetməsində rast gəlinən proseslərdən biri kimi qalıq məhsulun düzgün hesablanmaması nəticəsində məhsulun zay məhsul qisminə keçməsini faydalılığın aşağı düşməsinə misal olaraq göstərə bilərik. Menecment sistemində tətbiq olunan yeni texnologiyalar vasitəsilə mühasibatlıq, maliyyə, satış, istehsal planlaması, təchizat və logistika, keyfiyyət idarəetməsi, insan resursları kimi sahələrin arasındakıkommunikasiyanı artırmaqvə inkişaf etdirmək mümkündür. Müəssisələrin bütün fəaliyyətlərini birbiriləri ilə əlaqəli olaraq idarəetmək bu sistemlərin əsas vəzifəsidir. Günümüzdə bütün proqram təminatlarının məqsədi maliyyə parametrlərində verimli nəticələr əldə edə bilməkdir. Menecment sistemində tətbiq olunan yeni texnologiyalar müəssisələrdə müxtəlif iş fəaliyyətlərinin tək bir sistem içərisində, müxtəlif modullar vasitəsilə vizual olaraq göstərə bilir. Bu modullar iş axını zəncirini yaratmaq, informasiya axınını idarəetmək, müəssisə ilə müştəri və tədarükçüləri düzgün əlaqələndirmək üçün faydalı olur. 

Referanslar

Yayımlanıb

2026-04-20