Kiçik biznesdə innovasiya potensialı
Açar sözlər
beynəlxalq təcrübə, kiçik biznes, innovasiya potensialı, innovasiyalarXülasə
Bu məqalənin məqsədi kiçik biznesin innovasiya potensialından istifadənin beynəlxalq təcrübəsini və ölkə müəssisələrinin bundan yararlanma imkanlarını təhlil etməkdir. Müasir şəraitdə innovasiyalar iqtisadi inkişafın müəyyənedici amillərindən birinə çevrilir. Kiçik biznes bu prosesin mühüm tərkib hissəsidir. Şirkətlərin imkanlarının fəaliyyətə çevrilməsi daha çox onların innovasiya potensialından asılıdır. İnnovasiya potensialını qiymətləndirmək üçün indeks sistemindən istifadə olunur. Səviyyədən asılı olaraq, bu cür potensial sənayedən sənayeyə fərqlənə bilər. Ölkə müəssisələri arasında innovasiya fəallığının nisbətən aşağı səviyyədə olması onları xarici
şirkətlərin təcrübəsinə nəzər salmağa vadar edir. Burada əsas məsələlərdən biri daxili və xarici amillərin qarşılıqlı əlaqədə istifadəsini nəzərdə tutan sistemli yanaşmadır. İnnovasiya fəaliyyətinin nəticələri birbaşa biznes prosesinin təşkili xarakteri ilə bağlıdır. Bu zaman hədəfin qoyulması, innovasiya potensialının qiymətləndirilməsi və innovasiya fəaliyyətinin növünün müəyyən edilməsi əsas elementlərdir. Kiçik biznesin iri şirkətlər və tədqiqat təşkilatları ilə inteqrasiyası böyük imkanlar təqdim edir. İnnovasiya
fəaliyyətinin inkişafı üçün insan resursları məsələsi də əhəmiyyətlidir. Hökumət innovasiya fəaliyyətinin stimullaşdırılmasının fəal iştirakçısı kimi çıxış edir. Ölkə müəssisələrinin kiçik biznesin innovasiya potensialını inkişaf etdirməsi və fəal şəkildə
Referanslar