Müəssisələrində innovasiya fəaliyyətinin tədqiqinin nəzəri aspektləri

Müəlliflər

  • Elnur Aghazade Müəllif

Açar sözlər

texnologiya, müəssisə, innovasiya

Xülasə

Hazırda iqtisadi fəaliyyətdə müasir texnologiyaların intensiv olaraq dəyişən tələbə uyğun olması, dünya standartlarına müvafiq yeni malların yaradılması, yeni texnologiyaların istifadə edilməsi, innovasiyalı tərəqqinin rolunu daha da çoxaldır. Elmi-texniki tərəqqinin hazırkı mərhələsi informasiya iqtisadiyyatı dövründə inkişaf edir. Onun mahiyyəti yaradıcı əməyin nəticələrinin iqtisadiyyatın inkişafının əsas amilə çevrilməsi əsasında məhsuldar qüvvələrin köklü keyfiyyətcə transformasiyası ilə səciyyələnir. İqtisadiyyatın inkişafının struktur aspekti əqli mülkiyyətə tələb və təklifin formalaşması əsasında innovasiyaların onların tətbiqi sahələrində yayılması prosesi ilə müəyyən edilir. Müəssisələrdə innovativ texnologiyaların və innovasiya infrastrukturunun inkişafı istehsalat elminin sıx əməkdaşlığını, modernləşdirməproseslərinin stimullaşdırılması və inkişaf etdirilməsi, istehsalın texniki və texnoloji cəhətdən yenilənməsi, fundamental və tətbiqi tədqiqatların nəticələrindən istifadəni və elmi-tədqiqat işlərinin aparılmasının səmərəli mexanizmlərinin yaradılmasını nəzərdə tutur. 

Referanslar

Yayımlanıb

2026-04-20