İnsan kapitalının formalaşması və onun sosial-iqtisadi səmərəliliyi
Açar sözlər
heyət, peşə, kadr təhsili, müəssisə, insan kapitalıXülasə
Müasir innovasiyalı iqtisadiyyatın ən aktual problemlərindən biri biliyin rolunun artması və iqtisadi artımın, tərəqqinin təmin edilməsində onun ən mühüm əhəmiyyətli resurslardan birinə, yəni intellektual kapitala çevrilməsidir. Yeni bilklər onu istifadə edən müəssisənin bazar dəyərini və rəqabətqabiliyyətliliyini yüksəltdiyi üçün bu biliyə müəssisənin strateji əhəmiyyətli ehtiyatlarından biri kimi baxmaq olar. Ona görə də, son illər əmtəə və xidmətlərin istehsalında intellektual kapitalın rolu getdikcə artmaqdadır. 21-ci əsrin əvvəllərində yüksək texnologiyalı Amerika şirkətlərində intellektual kapitalın dəyəri onun ümumi dəyərinin 80%-ə qədərini təşkil edirdi.Əgər cəmiyyətin sənaye (industrial) inkişafı mərhələsində məhsulların istehsalında harda çox xammal, materiallar, enerji resursları, iş qüvvəsi tələb olunurdusa, artıq postindustrial və informasiya cəmiyyəti fiziki resurslardan çox, intellektual resursların, yəni biliyin istifadəsinə ehtiyac yaratmışdır ki, bu da yaradılan yeni məhsul növlərində, yeni texnologiyalarda, yeni vərdişlər, bacarıqlar, istehlakçılarla yeni münasibətlər sistemində özünü təzahür etdirir, çünki müasir iqtisadiyyatda bilik inkişafın lokomativi rolunu
oynayır.
Referanslar