Aqrar sahədə ixrac məhsullarının struktur dəyişikliklərinin təkmilləşdirilməsi……… 96

Müəlliflər

  • Sevindzh BABAKISHIEVA Müəllif
  • Narmina ASLANOVA Müəllif

Açar sözlər

mexanizm, konsepsiya, ölkə iqtisadiyyatı, istehlak bazarı

Xülasə

Bazar iqtisadiyyatında iqtisadi fəaliyyətin səmərəliliyinin statistik öyrənilməsi mühüm əhəmiyyət kəsb edir.“İqtisadi səmərə” və “iqtisadi səmərəlilik” eyni bir anlayışın iki tərəfini əks etdirir. ”Səmərə” anlayışı hərəkət, nəticə mənasını versə də, “səmərəlilik – nəticəli, məhsuldar ,əhəmiyyətli kimi mənada işlənir. İqtisadi səmərənin onun əldə olunmasına çəkilən məsrəflərə və ya resurslara 
nisbəti iqtisadi səmərəliliyi müəyən edir. Səmərəlilik həmçinin məsrəf və resursların hesabına arta və ya azala bilər. Səmərəliliyin yüksəldilməsinin məqsədi - əlavə məsrəflər olmadan əlavə səmərə alınmasıdır. Bu da resurslara və cari məsrəflərə qənaət hesabına əldə edilir. Səmərəliliyin düzgün qiymətləndirilməsi və uçotu üçün səmərəliliyin meyarı və göstəricilərinin müəyyənləşdirilməsinin 
mühüm əhəmiyyəti vardır. Meyar qiymətləndirmə ölçüsü, qiymətləndirmənin əsas prinsipidir və hadisəni rəqəmlərin dili ilə səciyyələndirir, onun kəmiyyət müəyyənliyini göstərirlər.İqtisadiyyatın səmərəlilik meyarı müxtəlif iqtisadi sistemlərdə müxtəlif cür qiymətləndirilir. Bazar iqtisadiyyatında səmərəlilik konsepsiyası bazarların resursları nə qədər yaxşı yerləşdirməsini 
qiymətləndirmə meyarı kimi istifadə olunur. İqtisadiyyatın bütün sahələrində səmərəliliyin uçotunun proqnozlaşdırılması üçün istifadə oluna bilən mənfəət, rentabellik, fondtutumluluq və s. kimi göstəricilərdən hər biri səmərəliliyin səviyyəsi və dinamikasını qiymətləndirmək üçün istifadə oluna bilməz. İstənilən sistem ayrı-ayrı elementlərin vaciblik dərəcəsinə bölgüsünün, tabeliliyini və onlar arasında səbəb-nəticə əlaqələrinin olmasını nəzərdə tutur. Bu, bütövlükdə səmərəlilik göstəriciləri sisteminə də aiddir.

Referanslar

Yayımlanıb

2026-04-21