Regional əmək bazarının formalaşması və inkişaf problemləri

Müəlliflər

  • Sevda HAJIYEVA Müəllif

Açar sözlər

məşğulluq, sosial-iqtisadi inkişaf, region, Əmək bazarı

Xülasə

Regional səviyyədə işsizliyin inkişafının təhlili göstərir ki, işsizliklə mübarizədə regional ölçü vacibdir. Aydındır ki, regionlararası (kənddən-şəhərə) miqrasiya dinamikası ilə birlikdə regional səviyyədə artım və məşğulluq dinamikasını əsas tutaraq daha ətraflı təhlillərə ehtiyac var. Məqalədə beynəlxalq miqyasda sosial-iqtisadi proseslərin intensivləşməsi ilə əlaqədar regional əmək bazarlarının transformasiyası ilə bağlı əsas problemləri əks etdirilir. Tədqiqatda regional bazarın bir sistem kimi fəaliyyətinin davamlılığı problemlərinə dair nəzəri biliklər yer alıb. Regional əmək bazarının sabitliyini təmin edən amillər, institusional və hüquqi bazanın islahatı proseslərinin təhlilinin nəticələri, o cümlədən regional səviyyədə əmək münasibətləri sahəsində innovativ iqtisadiyyatın formalaşması üçün strateji vasitə olaraq əməyin xüsusiyyətləri əsaslandırılır, innovativ əmək potensialının mahiyyəti üzə çıxarılır və Azərbaycanda məşğulluq sahəsində regional siyasət qiymətləndirilməsinin nəticələri təqdim olunur.Məqalə regional əmək bazarının mövcud vəziyyətinin hərtərəfli təhlilini əks etdirir, bu sahədə dövlətin həyata keçirdiyi siyasətin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər baxımından onun gələcək inkişafı ilə bağlı proqnozları ehtiva edir. Bu kontekstdə, araşdırmanın nəticələrinə əsaslanaraq, işsizliklə mübarizədə regional səviyyədə həyata keçiriləcək bir neçə siyasət təklifi müzakirə edilir.

Referanslar

Yayımlanıb

2026-04-23