Lizinq əməliyyatlarının uçotu və auditi üzrə standartların tələblərinə uyğun avtomatlaşdırılmanın əsas istiqamətləri..
Açar sözlər
avtomatlaşma, proqram təminatı, MHBS, auditin təşkili, uçot, lizinqXülasə
Məqalədə əsasən ölkədə lizinq əməliyyatlarının uçotu və auditi üzrə avtomatlaşmanın və proqram təminatlarının istifadəsi, faydalılığı və problemləri diqqətə çatdırılmışdır. Belə ki, artıq uçotun təşkili məsələlərində müasir qaydaların tələbləri, yeni çağrışlar və informasiya axınında əsasən, faydalı, mötəbər, etibarlı, qərəzsiz keyfiyyətlərə malik məlumatların toplanması öhdəliyi yaranır. Mühasibat uçotunun müasir fəlsəfəsi kimi düzgün qərarların qəbulunda göstərilən bu və digər keyfiyyət göstəriciləri olmadan hər hansı faydadan danışmaq olmaz. Ona görə də, məlumat bazasının keyfiyyətli informasiya ilə təmininin əsas istiqamətlərindən biri də, bu məlumatların düzgün toplanması, suni intelekt alətlərindən istifadə vəməlumatların müasir standartların tələbləri əsasında yoxlanmasından keçir. Məqalədə bu istiqamətlər detallı və müasir təhlillərə əsaslanaraq göstərilmiş və bir sıra lizinq əməliyyatı subyektlərinə konkret təkliflər verilmışdır.
Referanslar