Heyətin idarə edilməsinə iqtisadi metodların təsiri

Müəlliflər

  • Elay Cəlal oğlu Zeynallı, Lamiyyə Ġlyas qızı Bayramova, Sevinc Vaqif qızı Əkbərova, Mələk Baba qızı Məmmədova Müəllif

Açar sözlər

idarəetmə, heyət, əmək haqqı, işçi qüvvəsi, kadr şöbəsi

Xülasə

Yaradılan, eləcə də, fəaliyyətdə olan müəssisələrin bir çoxu az müddətdə sıradan çıxaraq  müflisləşir və iflasa uğrayır. Bunun əsas səbəblərindən biri çox zaman müəssisə fəaliyyətinin geniş və  əhatəli heyətin idarə edilməsinin düzgün olmamasıdır. Əlbəttə “heyətin idarə edilməsi” dedikdə  inzibati amirlik sistemindən bizə miras qalmış “direktiv idarəetmə” nəzərdə tutulmur. Qarışıq iqtisadi  münasibətlər şəraitində “idarəetmə” anlayışı mahiyyətcə yeni məna kəsb edir. İnzibati-amirlik  sistemindən fərqli olaraq, bazar münasibətləri şəraitində təşkilatlarda idarəetmə mövcud mühit  dəyişikliklərinə və bəzi amillərin təsirinə uyğun olaraq çevik surətdə dəyişdirilə bilər. Belə müəssisədaxili heyətin idarə edilməsinin işlənib hazırlanması və onun çevikliyinin təmin  edilməsi günün ən vacib problemlərindən biridir. Digər tərəfdən müəssisə və təşkilatlarda iqtisadi  metodların təkmilləşdirilməsi prosesi çox böyük sürətlə gedir. Bununla əlaqədar olaraq müəssisə və  təşkilatların rəhbərliyinə yeni-yeni adamlar gəlir ki, onların, eləcə də inzibati amirlik şəraitində  işləmiş rəhbərlərin gündəlik fəaliyyətlərində rastlaşdıqları müəssisə və təşkilatların idarəedilməsi üzrə  müxtəlif xüsusiyyətli çətinliklərlə üzləşirlər

Referanslar

Yayımlanıb

2024-01-03