Biznes modellərinin rəqəmsal transformasiyası: təsiredici faktorlar və əsas tendensiyalar

Müəlliflər

  • M.Е. Mustafayev Müəllif

Açar sözlər

rəqəmsallaşma, rəqəmsal tendensiyalar, biznes modelləri, rəqəmsal modellər

Xülasə

Biznes proseslərinin rəqəmsal transformasiyası prosesi məhz təşkilatların bütün səviyyələrində ənənəvi, daha doğrusu, analoq fəaliyyət metodlarının istifadəsindən – rəqəmsal texnologiyaların və alətlərin tətbiqinə keçid etmək deməkdir. Bu, fəaliyyətin effektivliyini və onun keyfiyyətini yüksəltməyə, əməliyyatlara çəkilən müvafiq xərcləri aşağı salmağa, reallaşdırılan proseslərin icra sürətini artırmağa və biznes iştirakçıları ilə müştərilərin arasındakı qarşılıqlı kommunikasiya və əlaqəni yaxşılaşdırmağa imkan formalaşdırır. Biznes modellərinin rəqəmsal transformasiyasına nail olunmasından ötrü Əşyaların İnterneti (IoT), süni intellekt, blokçeyn, habelə verilənlərin analitikası kimi olduqca yeni və aktual texnologiyalardan istifadə edilməkdədir. Bununla yanaşı, biznes modellərinin rəqəmsal transformasiyası yalnızca texnoloji dəyişikliklər ilə məhdudlaşmır, belə ki o, həm də idarəetməyə, biznes proseslərinin təşkilatçılığına və müəssisənin müştəriləri ilə olan qarşılıqlı əlaqələrinə mövcud yanaşmaların dəyişdirilməsini də əhatə edir. Məqalədə biznes modellərinin rəqəmsal transformasiya tendensiyalarına toxunulmuşdur. Məqalənin əsas məqsədi biznes proseslərinin rəqəmsal transformasiyasının əhəmiyyətini araşdırmaq və bu prosesi tətikləyən əsas faktorları araşdırmaqdır. Bu məqsədlə növbəti vəzifələr irəli sürülərək  yerinə yetirilmişdir: biznes modeli konsepsiyasının tədqiqi; biznes modellərinin transformasiyası zərurətinin öyrənilməsi; rəqəmsal transformasiya tendensiyalarının araşdırılması; biznes modellərinin çevikliyinin əsas faktorlarının nəzərdən keçirilməsi. Məqalə mövzusu son dövrlərdə aktual olan məsələləri əhatə edir. Məqalədə cavab verilən əsas tədqiqat sual növbətidir: “Təşkilatlar rəqəmsallaşma tendensiyalarına necə reaksiya verməlidirlər?” Tədqiqatda sistemləşdirmə, ümumiləşdirmə, induksiya və statistik təhlil metodlarından istifadə edilmişdir. Məqalə həm rəqəmsallaşmaya dair tədqiqatlar həyata keçirən müəlliflər üçün resurs rolunu oynaya bilər və həm də müəssisədə biznes modelinin rəqəmsal transformasiyasını həyata keçirməyə çalışan menecerlər tərəfindən istifadə oluna bilər

Referanslar

Yayımlanıb

2024-01-03