Ali təhsil müəssisələrinin strateji idarəetmə və keyfiyyət təminatı ilə bağlı güclü və zəif tərəfləri

Müəlliflər

  • Asiman Ilyasov Müəllif

Açar sözlər

Ali təhsil müəssisəsi, əmək bazarı, keyfiyyət təminatı, akkreditasiya

Xülasə

Azərbaycan Respublikasında mülkiyyətindən, tabeliyindən, təşkilati-hüquqi formasından asılı olmadan bütün təhsil müəssisələrinin xarici keyfiyyət təminatı və qiymətləndirilməsi ilə bağlı səlahiyyətli qurum Elm və Təhsil Nazirliyi tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyidir. Müvafiq qurum ali təhsil müəssisələrinin qiymətləndirilməsini 7 istiqamət üzrə müəyyənləşdirilən qiymətləndirmə meyar və indikatorları ilə təşkil edir. Müvafiq qiymətləndirmə istiqamətərindən strateji inkişaf və keyfiyyət təminatı üzrə ali təhsil məssisələrində akkreditasiya qiymətləndirilməsi zamanı Akkreditasiya Komissiyaları tərəfindən müəyyən olunmuşgüclüvə zəif tərəflər qarşılıqlı müqayisəli təhlil olunmuşdur. Təhlil nəticəsi olaraq müəyyən olunmuşdur ki, strateji inkişaf və keyfiyyət təminatı istiqamətləri üzrə müvafiq sənədlərin mövcudluğu vəziyyətinin qənaətbəxş olmasına baxmayaraq, müvafiq 
istiqamətlər üzrə icranın təmin olunması və hesabatlılığı Akkreditasiya Komissiyaları tərəfindən zəif tərəflər olaraq müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunanlar ali təhsil müəssisələrində icra və hesabatlılıq ilə bağlı məsələlərin zəif tərəf olaraq qaldığını göstərir

Referanslar

Yayımlanıb

2026-03-31