Azərbaycan respublikasında aqrar bazarın əsas xüsusiyyətləri və ixrac potensialının artırılması istiqamətləri
Açar sözlər
aqrar ərzaq bazarı, xarici iqtisadi əlaqələr, rəqabətqabiliyyətli məhsullar, beynəlxalq ticarətXülasə
Ölkəmizdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının əsasında əhalinin ərzaq təminatının, ölkənin ixrac potensalının yüksəlməsində müasir aqrobiznesin rolunun artırılması istiqamətində uğurlu islahatlar həyata keçirilir. Azərbaycanda aqrar sahədə inkişaf strategiyalarının hazırlanması zamanı beynəlxalq təşkilatlar tərəfindən müəyyən edilmiş çağırışlar fonunda müvafiq siyasət alətləri və mexanizmlərinin formalaşdırılmasına ehtiyac vardır.
Həmçinin aqrar ərzaq bazarında beynəlxalq təhlillərin aparılması və qlobal çağırışlara cavab verə bilən bazar sistemlərinin yaradılması, inkişaf ehtiyaclarının və bazar tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətlərinin müəyyənləşdirilməsi öz aktuallığı ilə seçilir.
Referanslar
Endirin
Yayımlanıb
2026-03-03
Nömrə
Bölmə
Məqalələr