Müəssisənin gəlir və xərclərinin təkmilləşdirilməsinin əsas istiqamətləri
Açar sözlər
gəlir, xərclər, müəssisə, inkişaf, istiqamətlərXülasə
Müəssisədə gəlirlərin və xərclərinin uçotunun təkmilləşdirilməsi yönündə müasir zamanın tələblərinə uyğun olaraq bir sıra işlər aparılır. Keçmiş sözü gedən metodların zamanla öz funksiyasını yerinə yetirə bilməməsi, aktuallığını itirməsi, dünyada yeni anlayışların və yeni fenomenlərin yaranması da yeni növ uçot prosedurlarının yaranmasına və inkişafına öz təsirini göstərməkdədir. Bu zaman müəssisənin fəaliyyət sahəsindən, istehsal etdiyi məhsullardan və ya xidmət növlərindən asılı olaraq hər bir müəssisəyə görə spesifik fərqliliklər də nəzərə çarpır. Xərclərin öyrənilməsinə nəzər yetirdikdə isə aparılmış intensiv araşdırmalardan savayı, müəssisələrin xərclərinin uçotu zamanı xüsusi olaraq xarakteristikaların qeyd olunmaması, uçotun analitik xüsusiyyətləri və sözü gedən uçotun operativliyinin yüksəldilməsi istiqamətinin zəif araşdırılması onun müasir dövrdə inkişafı yönündə öyrənilməsini aktual edir.
Referanslar