Yaşıl vergi təşviqləri və ətraf mühitin qorunması arasında dinamik əlaqəlilik
DOI
https://doi.org/10.30546/JIECM.2025.1.080Açar sözlər
cari vəziyyət, COP29, dinamik əlaqəlilik, ətraf mühitin qorunması, Yaşıl vergi təşviqləriXülasə
Yaşıl vergi təşviqləri, dövlətlərin ətraf mühitin qorunmasını təşviq etmək məqsədilə vergi siyasətində etdikləri dəyişikliklərdir. Bu təşviqlər, ekoloji dayanıqlılıq və iqtisadi inkişaf arasında tarazlıq yaratmağa çalışır. Yaşıl vergilərin məqsədi, ekologiya baxımından zərərli fəaliyyətləri azaldaraq, təbii sərvətlərin qorunmasını təmin etməkdir. Bu təşviqlər, həmçinin şirkətləri və fərdləri ətraf mühitə dost texnologiyaları və davamlı istehsal metodlarını qəbul etməyə təşviq edir. Yaşıl vergi təşviqlərinin ətraf mühitin qorunması ilə dinamik əlaqəsi geniş miqyasda iqtisadi və ekoloji təsirlər göstərir. Bu vergi siyasətləri, ən çox karbon emisiya və digər zərərli tullantıların azaldılması üzərində cəmlənir. Əgər yaşıl vergi sistemləri effektiv tətbiq olunarsa, bu, ekoloji təhlükəsizlik və təbiətin bərpasına müsbət təsir göstərə bilər. Məsələn, karbon vergiləri və enerji səmərəliliyi təşviqləri, bərpa olunan enerji mənbələrinin istifadəsini artırır və ətraf mühitin dayanıqlılığını dəstəkləyir. Bununla yanaşı, yaşıl vergi təşviqləri iqtisadiyyatın digər sahələrinə də təsir göstərir. Bu təşviqlər, təmiz texnologiyaların inkişafını stimullaşdıraraq, iş yerləri yaradır və yeni iş sahələrini ortaya çıxarır. Yalnız ətraf mühitin qorunmasına deyil, həm də iqtisadi artıma və sosial rifahın yüksəlməsinə töhfə verir. Son olaraq, yaşıl vergi siyasətlərinin uğurlu olması üçün onların uyğun şəkildə tətbiq edilməsi, izlənməsi və zamanla tənzimlənməsi zəruridir. Bu cür təşviqlərin uzunmüddətli effektivliyi, təkcə vergi dərəcələrinin artmasından deyil, həm də dövlətin ətraf mühit siyasətlərinin strateji hədəflərinə uyğun olaraq tətbiqindən asılıdır
Referanslar