Yaşıl maliyyə innovasiyasının ətraf mühitin keyfiyyətinə təsiri: COP29 aspektindən

Müəlliflər

  • Elnurə Məmmədova Müəllif

DOI

https://doi.org/10.30546/JIECM.2025.1.090

Açar sözlər

dayanıqlı inkişaf, COP29, ətraf mühitin keyfiyyəti, innovasiyalar, Yaşıl maliyyə

Xülasə

Mövcud işin məqsədi, yaşıl maliyyə innovasiyalarının ətraf mühitin keyfiyyətinə olan təsirlərini araşdırmaq və COP29 çərçivəsində bu təsirlərin necə qiymətləndirildiyini təhlil etməkdir. Yaşıl maliyyə, dayanıqlı iqtisadi inkişafı dəstəkləyən və ətraf mühitin qorunmasına yönəlmiş maliyyə alətlərini nəzərdə tutur. Bu işdə, yaşıl maliyyə innovasiyalarının ətraf mühitin müxtəlif aspektlərinə, o cümlədən karbon emissiyalarının azalmasına, bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsinə və təbii sərvətlərin səmərəli idarə olunmasına təsirləri araşdırılır. COP29, bu sahədə beynəlxalq əməkdaşlığın və innovasiyaların inkişafına yönəlik mühüm bir platforma olaraq, yaşıl maliyyə strategiyalarının həyata keçirilməsini təmin etmək məqsədini daşıyır. Əsas nəticə olaraq, yaşıl maliyyə  innovasiyalarının ətraf mühitin keyfiyyətinə müsbət təsir etdiyi, lakin bunun üçün güclü siyasi iradə, beynəlxalq əməkdaşlıq və müvafiq siyasətlərin formalaşdırılması zərurəti olduğu ortaya çıxır

Referanslar

Yayımlanıb

2026-06-23