Azərbaycan Respublikasında kiçik sahibkarlığın inkişafı: innovativ yaşıl turizm aspektindən
DOI
https://doi.org/10.30546/JIECM.2025.1.1012Açar sözlər
innovasiya, Azərbaycan, kiçik sahibkarlıq, sahibkarlığın inkişafı, Yaşıl turizmXülasə
Turizm dünyanın ən sürətlə inkişaf edən sektorlarından biridir və bir çox ölkələrin iqtisadi inkişafına birbaşa təsir göstərir. Bununla belə, turizm sektoru xidmət və fəaliyyətlərində böyük miqdarda su və enerji istifadəsi və tullantı istehsalına görə ciddi şəkildə tənqid olunur. Bu gün iqlim dəyişikliyinə və digər ekoloji problemlərə ictimai maraq artır. Əvvəlki illərlə müqayisədə istehlakçılar ətraf mühit haqqında daha şüurludurlar. Bu vəziyyət istehlakçıların satın alma davranışında və ekoloji təmiz müəssisələrə münasibətində əsaslı dəyişikliklərə səbəb olur. Davamlı turizm turizm fəaliyyətinin mənfi təsirlərini azaltmaq məqsədi ilə ortaya çıxdı. Turizmdə davamlılıq destinasiyanın gələcəkdə öz mövcudluğunu davam etdirmə qabiliyyəti deməkdir və turizm sektorunun uzunmüddətli həyat
qabiliyyəti üçün vacibdir. Bu araşdırma turizm sənayesində davamlılığın artan əhəmiyyətini və təsirlərini başa düşməyə yönəlib.
Yaradıcı yaşıl turizm sektoruna xüsusi diqqət yetirməklə, bu məqalədə kiçik biznesin Azərbaycan iqtisadiyyatının inkişafında oynadığı rolu araşdırlmışdır. Ölkə iqtisadiyyatını şaxələndirməyə və neft gəlirlərindən asılılığı azaltmağa getdikcə daha çox səy göstərdiyinə görə kiçik müəssisələr davamlı inkişafın kifayət qədər mühüm aspektinə çevrilib. Xüsusilə yaşıl turizm, ətraf mühitin mühafizəsini
dəstəkləmək üçün nəzərdə tutulan ekoloji cəhətdən təmiz, davamlı iqtisadi vasitə kimi böyük marağa səbəb olur. Tədqiqatda Azərbaycanda fəaliyyət göstərən kiçik müəssisələrin ekoloji cəhətdən təmiz siyasətləyaşıl səyahətləri təşviq etməyə necə kömək edə biləcəyinə baxılır. Bu, ekoloji cəhətdən təmiz səyahətin təşviqi, bərpa olunan enerji mənbələrindən istifadə, tullantıların azaldılması və yerli təbiətin qorunmasını əhatə edir. Ədəbiyyat araşdırması, nümunə araşdırmaları və statistik məlumatlar vasitəsilə bu məqalədə Azərbaycanda yaşıl turizmin mövcud vəziyyəti qiymətləndirilmiş, kiçik biznesin üzləşdiyi maneələr müəyyənləşdirilmişdir. Sonda kiçik şirkətlərin ərazinin ekoloji cəhətdən dayanıqlı olmasına, eləcə də iqtisadi cəhətdən necə kömək edə biləcəyi vurğulanmışdır
Referanslar