Azərbaycanın ixrac potensialının genişləndirilməsi perspektivləri
DOI
https://doi.org/10.30546/JIECM.2025.1.1105Açar sözlər
promotion, stimulation, diversification, economic security, foreign trade, export potentialXülasə
Tədqiqatın məqsədi. İqtisadiyyatın müxtəlif sferalarının ixrac fəaliyyətinin genişləndirilməsi, ilk növbədə ixrac potensialına söykənir. İxrac potensialı ölkənin iqtisadi potensialının tərkib hissəsi kimi iqtisadi təhlükəsizliyin təmin edilməsinin mühüm vasitələrindən biri
hesab olunur. Bu baxımdan ixracın əmtəə strukturunun diversifikasiyasının ixracın coğrafi strukturununda çoxşaxəliliyin təmin edilməsi xarici iqtisadi siyasətin prioritetləri sırasındadır. Ona görə dövlət, ixrac əməliyyatlarının təşviqini həyata keçirməklə bir tərəfdən ixrac potensialının gücləndirilməsini stimullaşdırılmağa, digər tərəfdən mümkün həvəsləndirmə üsullarından istifadə
etməklə dünya bazarlarına daha əlverişli şərtlərlə çıxışı təmin etməklə ixrac potensialını daha səmərəli yollarla reallaşdırmağa çalışır. Bu baxımdan tədqiqatın məqsədi Azərbaycanın ixrac potensialının genişləndirilməsi perspektivlərini müəyyənləşdirməkdən ibarətdir.
Tədqiqatın metodları. Tədqiqatın aparılmasında müqayisə və təhlil üsullarından istifadə edilmişdir.
Tədqiqatın nəticəsi. Tədqiqatın nəticəsi göstərir ki, ixracının artırılması, diversifikasiyasının təmin edilməsi və stimullaşdırılması istiqamətində təşviqat tədbirləri ixrac potensialının genişləndirilməsində əsaslı rol oynayır.
Referanslar