Azərbaycanda qastronomik turizmin inkişaf istiqamətləri və perspektivləri
Açar sözlər
turizm strategiyası, Azərbaycan mətbəxi, turizm əlaqəsi, kənd təsərrüfatı, qastronomik turizmXülasə
Təcrübədə əhalinin və turistlərin mədəni qidalanmaya artan tələbi, ətraf mühit, kənd təsərrüfatı və turizm sahələrinin bir-biri ilə əlaqəsinin güclənməsi qastronomik turizmi dünyanın bir çox ölkələrində vacib inkişaf istiqamətinə çevrmişdir. Azərbaycanda da regionların müxtəlifliyi, mədəni irs, kənd təsərrüfatı məhsulları və milli mətbəx turizm sahəsində respublikamızın üstün potensiala malik olduğunu göstərir. Günümüzdə mədəni qidalanma, milli mətbəx yönümlü turizmin ölkə üçün strateji istiqamət kimi formalaşmasının vacib olması tədqiqatımızın mövzusunu bir daha aktual etmişdir. Qarşıya qoyulan məqsədə nail olmaq üçün tədqiqat zamanı Azərbaycanda qastronomik turizmin nəzəri əsasları, onun mövcud vəziyyəti, sosial-iqtisadi əhəmiyyəti, problemləri və gələcək inkişaf perspektivləri kimi məsələlər tərəfimizdən araşdırılmışdır.
Referanslar