Aqrobiznes məhsullarının sosial-iqtisadi əhəmiyyəti və satışının təşkilində marketinq fəaliyyətinin rolu.
Açar sözlər
rəqəmsal marketinq, ərzaq təhlükəsizliyi, aqrobiznes məhsulları, Aqrar sahəXülasə
Məqalədə aqrar sahə məhsullarının qida və ərzaq təhlükəsizliyi və təminatında rolu diqqətə çatdırılır. Aqrar-ərzaq məhsullarının istehsalı, tədarükü, emalı, saxlanması, daşınması vəsatışı sisteminin səmərəli təşkilinin strateji əhəmiyyəti şərh edilir. Aqrobiznes məhsullarının satışı sisteminin formalaşdırılması və mexanizminin qurulmasında vacib strukturlar səciyyələndirilir və bu prosesdə marketinq fəaliyyətinin xüsusi rolu əsaslandırılır. Aqrobiznes məhsullarının satışı prosesinin daha səmərəli təşkilində, məhsulların tanıdılmasında, istehlakçılara çatdırılmasında müasir marketinq texnologiyalarının və alətlərinin istifadə edilməsinin üstünlükləri əsaslandırılır. Qeyd edilir ki, rəqəmsal marketinq alətlərinin və üsullarının tətbiqi aqrobiznes strukturları üçün daha səmərəli
nəticələrə, satışın və aqrar sahənin gəlirlərinin yüksəldilməsinə, kənd ərazilərinin sürətli inkişafına və sosial-iqtisadi problemlərinin həllinə, ərzaq təhlükəsizliyi və təminatı səviyyəsinin yüksəldilməsinə zəmin yaradır.
Referanslar