Qida sənayesində iqtisadi idarəetmə və COP29-un davamlı inkişaf strategiyalarına təsiri

Müəlliflər

  • Mehriban Hüseynova Müəllif
  • Emiliya Şahverənova Müəllif

Açar sözlər

Sərfəli istehsal, Sosial və iqtisadi rifah, Qlobal əməkdaşlıq, Bərabərgəlirli iqtisadiyyat, Tullantıların azaldılması

Xülasə

Qida sənayesi hər bir ölkənin iqtisadi və sosial sabitliyində mühüm rol oynayır. İqlim dəyişikliyi və ekoloji problemlər bu sektorun qarşısında yeni çağırışlar qoyur. COP29 kimi beynəlxalq tədbirlər isə bu sahədə davamlı iqtisadi idarəetmənin vacibliyini önə çəkir. Qida sənayesində iqtisadi idarəetmə və COP29-un davamlı inkişaf strategiyalarına təsiri çox vacibdir. Bu sahədə iqtisadi idarəetmə, qida istehsalının və təchizat zəncirinin daha dayanıqlı və sərfəli olmasını təmin etməyə yönəlir. COP29 (Birləşmiş Millətlər Təşkilatının 29-cu iqlim dəyişiklikləri konfransı), qlobal miqyasda iqlim dəyişikliyinə qarşı mübarizə və dayanıqlı inkişafın təşviqi ilə bağlı mühüm qərarlar qəbul etmək məqsədini güdür. Məqalədə qida sənayesində iqtisadi idarəetmənin cari vəziyyəti, COP29-un tövsiyələri və bu istiqamətdə inkişaf imkanları araşdırılır

Referanslar

Yayımlanıb

2026-04-07