Ölkənin aqrar ərzaq təminatı sisteminin mövcud vəziyyətinin qiymətləndirilməsi
Açar sözlər
özünütəminetmə., stimullaşdırma, resurs, istehlak, istehsal, aqrar ərzaq təminatı sistemiXülasə
Ölkənin ərzaq təminatı sisteminin formalaşdırlması dövlətin ərzaq təhlükəsizliyinə nail olmağın prioritetlərindəndir. Bu baxımdan ərzaq məhsulları istehsalı ilə məşğul olan aqrar təsərrüfatçılıq subyektlərinin yüksək mütəşəkkilliklə fəaliyyət göstərməsi, bu əsasda tələbata uyğun məhsul təklifini həyata keçirməsi xüsusi əhəmiyyət kəsb edir. Ona görə də aqrar ərzaq təminatı sisteminə konseptual yanaşmaların əsaslandırılması hazırda aktual məsələlərdən biri kimi özünü göstərir. Ərzaq təminatı sistemi öz funksional strukturu ilə bütövlük prinsipi əsasında formalaşdırlır. Çünki bu system, iqtisadi proseslərin inkişafına təsir edən bir sıra amillərin birləşməsinə əsaslanaraq, müxtəlif dövrlərdə müxtəlif fərqli davranış və fəaliyyət nümayiş etdirir. Bu çərçivədə ərzaq təminatı sisteminin ən mühüm struktur komponentlərindən olan aqrar sahənin ölkənin ərzaq təhlükəsizliyindəki rolunun müəyyən edilməsi vacibdir
Referanslar