Rəqəmsal bankçılıq mühitində risklərin idarə edilməsi və audit mexanizmlərinin inkişafı

Müəlliflər

  • Kənan Atayev Müəllif

DOI

https://doi.org/10.30546/JIECM.2025.2.2056

Açar sözlər

informasiya texnologiyaları auditi, audit mexanizmləri, kibertəhlükəsizlik, risklərin idarə edilməsi, rəqəmsal bankçılıq,

Xülasə

Məqalədə rəqəmsal bankçılıq mühitində risklərin təsnifatı, onların idarə olunması metodları və audit mexanizmlərinin inkişaf istiqamətləri araşdırılmışdır. Ənənəvi bank riskləri (kredit, bazar, likvidlik, əməliyyat, strateji, nüfuz və layihə riskləri) ilə yanaşı, rəqəmsallaşma dövründə meydana çıxan yeni risklər – kibertəhlükə, texnoloji asılılıq, rəqəmsal reputasiya və hüquqi risklər sistemli şəkildə təhlil olunmuşdur. Bank sektorunda risklərin idarə edilməsində ənənəvi yanaşmalar (kapital adekvatlığı, diversifikasiya, sığorta və limitlər) ilə yanaşı, müasir texnologiyalardan – süni intellekt əsaslı monitorinq sistemləri, RegTech həlləri və fasiləsiz audit mexanizmlərindən istifadənin əhəmiyyəti göstərilmişdir. Araşdırmada həmçinin İT auditi və kiber risklərin auditi istiqamətində
beynəlxalq təcrübələr müqayisə edilmiş və Azərbaycan bank sektoru üçün tətbiq imkanları qiymətləndirilmişdir. Nəticələr göstərir ki, bankların dayanıqlı inkişafı və maliyyə sabitliyi üçün müasir risk idarəetmə yanaşmalarının tətbiqi, audit funksiyalarının gücləndirilməsi vəkibertəhlükəsizlik tədbirlərinin genişləndirilməsi vacibdir.

Referanslar

Yayımlanıb

2026-04-08