C13-C15 alt-sektorlar üçün ayrı-ayrılıqda ―makro səviyyəli istehsalın təşkili‖modelinin qurulması

Müəlliflər

  • Şəhla Abbasova Müəllif

DOI

https://doi.org/10.30546/JIECM.2025.2.2069

Açar sözlər

qeyri-neft sektoru, enerji səmərəliliyi, klaster infrastrukturu, rəqəmsallaşma, əmək səmərəliliyi, kapital dərinləşməsi, ARDL modeli

Xülasə

Yüngül sənaye (toxuculuq, geyim, dəri və ayaqqabı) qeyri-neft iqtisadiyyatında ixracın şaxələndirilməsi və məşğulluğun genişləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Sektor istehsal strukturuna görə yüksək əmək tutumluluğu, enerji və su resurslarına intensiv tələbatı, həmçinin sürətli moda tendensiyalarının diktə etdiyi qısa məhsul həyat dövrü ilə xarakterizə olunur. 
Məhsuldarlığın yüksəldilməsi kapital intensivliyinin artırılmasını, texnoloji modernizasiyanı və rəqəmsallaşma proseslərinin dərinləşdirilməsini tələb edir. Empirik nəticələr göstərir ki, C13,C14 və C15 alt-sektorlarında uzunmüddətli artım əsasən işçi qüvvəsindən səmərəli istifadə ilə müəyyən olunur, qısamüddətli dinamikalar isə daha çox kapitalın təsiri altında formalaşır. Makroiqtisadi şoklar (COVID-19 pandemiyası və devalvasiya epizodları) istehsal həcmlərində müvəqqəti dalğalanmalara səbəb olsa da, ECM koeffisientləri sektorların tarazlıq trayektoriyasına nisbətən sürətlə geri qayıtma meylinə malik olduğunu göstərir. Nəticə etibarilə, əməyin təşkilinin təkmilləşdirilməsi və kapitalın səmərəli idarə olunması Azərbaycanın yüngül sənaye sektorunun davamlı inkişafının əsas determinantları, inkişaf amilləri hesab olunur

Referanslar

Yayımlanıb

2026-04-08