Azərbaycan respublikasında büdcə sistemi

Müəlliflər

  • Parvin Muxtarova Müəllif
  • Gulnara Rahimova Müəllif

Açar sözlər

sistemləşdirilmiş siyasət, gəlir, vergi, büdcə

Xülasə

Tədqiqatın başlıca məqsədi Azərbaycan Respublikasında büdcə sistemini araşdırmaq, habelə büdcə sistemi ilə vergi sisteminin qarşılıqlı əlaqələrinə nəzər salmaqdır. Büdcə nədir? Büdcə - vergi siyasəti necə formalaşır, hansı prinsiplərdən istifadə edilir bütün bunların araşdırılıb öyrənilməsidir. Eyni zamanda, koronavirus pandemiyasının (COVİD-19) ölkə iqtisadiyyatına mənfi təsirlərinin tədqiq edilməsi, pandemiya və postpandemiya dövründə çevik büdcə-vergi siyasətinin formalaşdırılması yollarının araşdırılmasıdır. Tədqiqat işi əsaslı və sistemli təhlil üsulları əsasında yerinə yetirilmişdir. Habelə, tədqiqat zamanı Beynəlxalq Valyuta Fondunun və digər maliyyə institutlarının, eyni zamanda dövlət qurumlarının aşağı neft qiymətləri dövründə dövlət büdcəsinin gəlirlərinin və xərclərinin strukturunda zəruri dəyişikliklər və vergi stimulları nəzərdən keçirilmiş və nəticələr təhlil edilmişdir. Tədqiqatın nəticəsinə
əsasən deyə bilərik ki, 2020-ci ilin əvvəlindən başlayan koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə həyata keçirilən vergi islahatları, digər iqtisadi və sosial tədbirlər sübut edir ki, vaxtında və əsaslandırılmış addımlar sözügedən pandemiyanın ölkənin sosial və iqtisadi həyatına təsirlərini minimuma endirmişdir

Referanslar

Yayımlanıb

2026-04-14