Qlobal transformasiyalar şəraitində sənaye sahələrinin innovasiyalaşdırılmasının maliyyə təminatı problemləri

Müəlliflər

  • Zeynalabdin ALEKBEROV Müəllif

Açar sözlər

maliyyə təminatı problemləri, sənaye sahələrinin innovasiyalaşdırılması problemləri, innovasiya prosesləri, qlobal təsirlər

Xülasə

Tədqiqatın məqsədi qlobal transformasiyalar şəraitində sənaye sahələrinin innovasiyalaşdırılmasının maliyyə təminatı problemlərinin həlli yollarının müəyyənləşdirilməsindən ibarətdir. Bunun üçün sənaye sahələrinin innovasiyalaşdırılması problemləri açıqlanmış və maliyyə mexanizmləri ilə bağlı çətinliklər təhlil olunmuşdur. Sənaye müəssisələrinində yeni innovasiyaların işlənilməsi və tətbiqində əsas problemin maliyyə çətinliyi olması ön plana çıxarılmışdır. Qlobal təsirdən yaranan yeni şəraitdə sənaye sahələrinin innovasiyalaşdırılmasında daha səmərəli maliyyə mexanizmlərinə dair tövsiyələr hazırlanmış və təkliflər verilmişdir. Tədiqatın metodu bir qrup elmi metodlardan – dialektika, analiz, sintez, ümumiləşdirmə və müqayisə kimi metodlardan istifadə edilmişdir. Eyni zamanda, sənaye sahələrinin innovasiyalaşdırılmasına dair araşdırmaları olan tədqiqatçıların fikirləri də diqqətdə saxlanılmışdır.
Tədqiqatın nəticələri ilk növbədə, Azərbaycanda sənaye sahələrinin innovasiyalaşdırılmasında daha səmərəli maliyyə mexanizmlərinin işlənilməsi və tətbiqi üzrə konseptual yanaşmaların formalaşdırılmasında və tədbirlərin görülməsində məqalədə yer almış elmi-praktiki nəticələrindən səmərəli istifadə edilməsi ilə izah olunur. 

Referanslar

Yayımlanıb

2026-04-16