Azərbaycanda neft emalı sənayesinin inkişafında innovativ texnologiyaların tətbiqi perspektivləri
Açar sözlər
innovativ texnologiyaların tətbiqi perspektivləri, neft emalı sənayesinin inkişaf perspektivləri, innovativ texnologiyalar, neft emalı sənayesiXülasə
Məqalənin məqsədi – Azərbaycanda neft emalı sənayesinin inkişafında innovativ texnologiyaların tətbiqi perspektivlərinin müəyyənləşdirilməsindən ibarətdir. Bunun üçün Azərbaycanda neft emalı sənayesinin inkişaf problemləri açıqlanmış, xüsusilə innovativ texnologiyaların tətbiqi proseslərinin gücləndirilməsinin vacibliyinə diqqət yönəldilmişdir. Neft emalı sənayesi müəssisələrindəinnovasiyaların işlənilməsi, mənimsənilməsi və tətbiqi ilə bağlı problemlər verilmişdir. Ölkədə innovativ inkişafın,elm və texnologiyalar, innovasiyalar bazarının zəif inkişaf etməsi məsələlərinə münasibət bildirilmişdir. Yaxın perspektivdə Azərbaycanda neft emalı sənayesinin inkişafının sürətləndirilməsində innovativ texnologiyaların tətbiqi imkanları istiqamətində tövsiyələr
hazırlanmış və təkliflər verilmişdir. Tədqiqatın metodu – məqalədə əsas etibarilə dialektika, analiz, müqayisə və ümumiləşdirmə kimi
elmi metodlardan istifadə olunmuşdur. Digər tərəfdən, neft emalı sənayesinin inkişafında innovativ texnologiyaların tətbiqi üzrə araşdırmalar aparan alim və tədqiqatçıların fikirlərinə də istinad olunmuşdur. Tədqiqatın nəticələri – qlobal çağırışlar şəraitində Azərbaycanda neft emalı sənayesinin inkişafında innovativ texnologiyaların tətbiqinin intensivləşdirilməsi istiqamətində məqalədə əldə
olunmuş nəticələrdən istifadənin mümkünlüyü ilə ifadə olunur.
Referanslar