Qarabağ iqtisadi rayonunun “ağıllı” texnologiyalar əsasında inkişaf etdirilməsi yolları
Açar sözlər
Qarabağın dirçəldilməsi hədəfləri., “ağıllı” texnologiyaların tətbiqi problemləri, ''ağıllı'' texnologiyalar, Qarabağ iqtisadi rayonu, Qarabağ, AzərbaycanXülasə
Tədqiqatın məqsədi – Qarabağ iqtisadi rayonunun ''ağıllı'' texnologiyalar əsasında inkişaf etdirilməsi yollarının müəyyənləşdirilməsindən ibarətdir. Bunun üçün Qarabağ iqtisadi rayonunun inkişaf hədəfləri və dirçəldilməsi proseslərinin əsas istiqamətləri araşdırılmışdır. ''Ağıllı'' texnologiyalar əsasında inkişafın üstün cəhətləri və müasir texnologiyaların tətbiqi ilə bağlı yanaşmalar verilmişdir. Qarabağın bərpa işlərində ağıllı texnologiyalardan istifadə edilməsi ilə bağlı görülən işlərin üstün elementləri açıqlanmışdır. İşğaldan azad olunmuş ərazilərin bərpa proseslərinin sürətləndirilməsində müasir texnologiyaların daha geniş tətbiqinin vacibliyi əsaslandırılmışdır. Yaxın dövrdə Qarabağ iqtisadi rayonunda ''ağıllı'' texnologiyalar əsasında inkişafın sürətləndirilməsi üzrə tövsiyələr hazırlanmış və təkliflər verilmişdir. Tədqiqatın metodu – əsas etibarilə dialektika, təhlil, sintez, müqayisə və ümumiləşdirmə formasında olan elmi metodlardan istifadə edilmişdir. Bunlarla bərabər, Qarabağ iqtisadi rayonunun ağıllı texnologiyalar əsasında inkişaf etdirilməsi üzrə araşdırmalar aparan tədqiqatçıların elmi əsərlərinə də istinad olunmuşdur. Tədqiqatın nəticələri – Müasir dövrdə məqalədə alınmış elmi-praktiki nəticələrdən Qarabağ iqtisadi rayonunun ''ağıllı'' texnologiyalar əsasında inkişaf etdirilməsi üzrə daha intensiv və kompleks tədbirlərin hazırlanmasında, fəaliyyət strategiyalarının işlənilməsində istifadə olunması imkanları iləizah olunur.
Referanslar