Real iqtisadiyyatın inkişaf etdirilməsində kreditləşdirmə mexanizminin strateji aspektləri

Müəlliflər

  • Geray ALIYEV Müəllif

Açar sözlər

bank-kredit müəssisələri, real iqtisadiyyatın inkişaf problemləri, real iqtisadiyyatın kreditləşdirmə problemləri, kredit mexanizmi

Xülasə

Tədqiqatın məqsədi – real iqtisadiyyatın inkişaf etdirilməsində kreditləşdirmə mexanizminin strateji aspektlərinin tədqiqidir. Bu məqsədlə real iqtisadiyyatın inkişaf etdirilməsi problemləri açıqlanmışdır. Kreditləşmə mexanizminin mürəkkəbliyi diqqətə çatdırılmış və  onun real iqtisadiyyatın inkişafında əsas funksiyaları ümumiləşdirilmişdir. Bank-kredit təşkilatları ilə real iqtisadiyyat subyektləri 
arasında əməkdaşlığının gücləndirilməsinin vacibliyi əsaslandırılmışdır. Əlçatan kredit resurslarının formalaşdırılması və kredit xidmətləri paketinin hazırlanması zərurəti bildirilmişdir. Müasir şəraitdə real iqtisadiyyatın inkişaf etdirilməsində kreditləşdirmə mexanizminin təkmilləşdirilməsi üzrə tövsiyələr hazırlanmış və təkliflər irəli sürülmüşdür. Tədqiqatın metodu – kimi əsasən təhlil, sintez, müqayisə və ümumiləşdirmə kimi elmi metodlardan istifadə olunmuşdur. Bundan əlavə, real iqtisadiyyatın kreditləşdirilməsi problemlərinə həsr olunmuş elmi əsərlərdə verilmiş müddəalara da yer ayrılmışdır və istinadlar verilmişdir. Tədqiqatın nəticələri – praktiki fəaliyyət proseslərində real iqtisadiyyat sahələrinin tələblərinə uyğun kreditləşdirmə mexanizminin hazırlanmasında burada əks olunmuş nəticələrdən istifadə imkanları ilə ifadə olunur. 

Referanslar

Yayımlanıb

2026-04-16