Regionlarda bank-kredit müəssisələrinin fəaliyyətinin təşkili və tənzimlənməsi yolları

Müəlliflər

  • Rufat BAKHSHALİEV Müəllif

Açar sözlər

bank-kredit müəssiələrinin fəaliyyətinin tənzimlənməsi, bank-kredit müəssisələrinin regional səviyyədə vəzifələri, regionların sosial-iqtisadi inkişaf prioritetləri, regionlar, bank-kredit müəssisələri, müasir çağırışlar

Xülasə

Tədqiqatın məqsədi – Regionlarda bank-kredit müəssisələrinin fəaliyyətinin təşkili və tənzimlənməsi yollarının müəyyənləşdirilməsindən ibarətdir. Bu məqsədlə bank-kredit müəssiələrinin fəaliyyətində olan aktual problemlərin mahiyyəti açıqlanmışdır. Regionlarda fəıaliyyət göstərən bank-kredit müəssisələrinin fəaliyyət strategiyaları və xüsusiyyətləri ümumiləşdirilmişdir. Yeni çağırışlar şəraitində regional inkişaf proseslərinin həllinin sürətləndirilməsində bankların rolu baxılmışdır. Yaxın perspektivdə regionların inkişafının intensivləşdirilməsində bank-kredit müəssisələrinin daha səmərəli tənzimlənməsi üzrə tövsiyələr hazırlanmış və təkliflər verilmişdir. Tədqiqatın metodu – formasında dialektika, analiz, sintez, müqayisə və ümumiləşdirmə kimi elmi metodlardan istifadə edilmişdir. Bunlarla bərabər, regionlarda bank-kredit müəssisələrinin fəaliyyətinin tənzimlənməsinə dair elmi əsəlrəri olan tədqiqatçıların fikirlərinə istinad olunmuşdur. Tədqiqatın nəticələri – ilk növbədə, alınmış elmi-praktiki nəticələrdən regional səviyyədə bankkredit müəssisələrinin fəaliyyətinin gücləndirilməsi strategiyalarının hazırlanmasında səmərəli ola 
biləcəyi ilə izah olunur. 

Referanslar

Yayımlanıb

2026-04-16